İqitsadi İslahatlar Mərkəzində nazirlə görüş olub - Foto
Tarix: 06-04-2017 15:41 | Bölmə: İqtisadiyyat


İqitsadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın Azərbaycanda səfərdə olan dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İİTKM-dən Reyting.az-a verilən məlumata görə, görüş zamanı V.Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatların effektivliyi barədə geniş məlumat təqdim edib. Həmçinin Prezidentin tapşırıqları əsasında yaradılan Azexport portalı, eləcə də Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə qonaqlara ətraflı məlumat verilib.

Estoniyalı nazir Azərbaycana səfərinin məqsədindən danışaraq bildirib ki, ölkələr arasında sıx əməkdaşlıq baxımından ticari-iqtisadi münasibətlərə xüsusi önəm verilir. "Rəqəmsal Ticarət Qovşağının yaradılması Azərbaycana yeni imkanlar yaradacaq. Həmçinin Estoniya ilə ticarət dövriyyəsini artırmaq, idxal-ixrac prosesini sürətləndirmək mümkün olacaq. Biz Azərbaycanla mövcud əməkdaşlıq imkanlarından məmnunuq. Düşünürük ki, bu imkanları daha da genişləndirmək mümkün olacaq”

Görüşdə həmçinin Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik, Regional məsələlər üzrə Baş katibinin müavini Kaya Sarnet, Estoniyanın millət vəkili Deniss Borodiç, Azərbaycan-Estoniya Ticarət Palarasının sədri Yana Krimpe də iştirak edib.

Tərəflər əməkdaşlığı genişləndirmək üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}