Britaniya institutu Azərbaycanda sertifikatlar təqdim edib - Fotolar
Tarix: 19-05-2017 13:53 | Bölmə: İqtisadiyyat


İqitsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Qida Məhsullarının istehsalçılarına və təchizatçılarına olan tələblər” mövzusunda keçirilən təlimin iştirakçılarının mükafatlandırma mərasimi olub.

İİTKM-dən Reyting.az-a verilən məlumata görə, təlimdə uğurla iştirak edən 30 nəfərə Londonda, çap olunmuş hər biri özünə məxsus identik nömrəyə malik Britaniya Standartlar İnstitutunun beynəlxalq sertifikatları təqdim edilib.

Mərasimdə çıxış edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bu sahədə fəaliyyət göstərən iştirakçılar təlimdə həm dünya bazarlarının standartlarına aid məlumatlarəldə ediblər, həm də beynəlxalq sertifikata malik olublar.

6-7 apreldə keçirilən təlimin ekspert təminatı 115 illik tarixəmalik olan idarəetmə sistemləri üzrə standartların yaradıcısı, dünyanın ən nüfuzlu və qocaman sertifikatlaşdırma təşkilatı olan Britaniya Standartlar İnstitutu (BSİ) (www.bsigroup.com) və bu İnstitutun Xəzəryanı ölkələr üzrə tam səlahiyyətli nümayəndəsi "AQS Group” şirkəti tərəfindən həyata keçirilib. Təlimi Britaniya Standartlar İnstitutunun beynəlxalq auditoru və eksperti Mahmud Albekov aparıb.

Təlimdə iştirak edən qida məhsullarının istehsalçıları və təchizatçılarına dünya bazarında qida məhsullarına aid əsas prinsiplərdən, qida məhsullarının Avropa İttifaqına ixracını tənzimləyən qanun və direktivlər haqqında məlumatlar verililb.

Qeyd edək ki, www.azexport.az portalında ixracı təşviq etmək üçün "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” ("Digital Trade Hub of Azerbaijan”) yaradılır Burada məqsəd beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdən ibarətdir. 







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}