23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi qəbul edilib
Tarix: 31-05-2017 14:08 | Bölmə: İqtisadiyyat


Milli Məclisin bugünkü plenar iclasında "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.

Millət vəkilləri "2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabata öz münasibətlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov deyib ki, prezident İlham Əliyevin rəhbərliyi altında 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub. Nazir qeyd edib ki, iqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib.

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}