23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Dövlət Komitəsi ucuz avtomobil hərracı keçirəcək
Tarix: 29-06-2017 18:14 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 25-də növbəti əmlak hərracı keçirəcək. Həmin gün nazirlik və komitələrin balansında olan daha 7 maşın hərraca çıxarılacaq.

Onlardan ən ucuzunun ilkin satış qiyməti 1 600 manat müəyyən edilib. Bu qiymətlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin balansında olan "QAZ-31105" markalı maşın satılır.

Qeyd edək ki, maşınlardan 4-ü Daxili İşlər Nazirliyinə, 2-ci ƏMKD-ya, 1-i isəAzərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinə məxsusdur. Maşınlar 1997-2008-ci illərdə istehsal edilib.

Siyahıda ən baha satılan maşın isə "KİA Sportage"dir - 4 000 manat.

Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər maşınların ilkin satış qiymətinin 10 faizi məbləğində beh ödəməlidirlər.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq:

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.


 





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}