23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azexport 50 ölkədən sifariş alıb - Məbləğ
Tarix: 17-07-2017 15:12 | Bölmə: İqtisadiyyat / Xəbərlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın iyul ayı üçün sayı təqdim olunub.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 mln. dollar olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib. 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27% artıb.

2017-ci ilin 6 ayı ərzində Rusiyaya 274 mln. dollar, Türkiyəyə 144 mln. dollar, Gürcüstana 68 mln. dollar, İsveçrəyə 67 mln. dollar və Türkmənistana 33 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 mln. dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib.

İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və sairdir. 2017-ci il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri tomat (pomidor) (121 mln. dollar), ikinci yeri qızıl (50,9 mln. dollar), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 mln. dollar) tutur.

"Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə, "İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 6 ayı ərzində "Azexport" portalına dünyanın 50 ölkəsindən 192,7 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub. Portala iyun ayında daxil olan ixrac sifarişlərinin dəyəri may ayı ilə müqayisədə 3,2 dəfə çox olub. Belə ki, portala 2017-ci ilin yanvar ayında 48, fevralda 6,5, martda 27, apreldə 29,9, mayda 19, iyunda isə 62,3 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə 2017-ci ilin 6 ayı ərzində portala ən çox sifariş Rusiyadan daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var.

2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub. İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.

İyun ayında sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki, mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna, tibbi tənzifə, qənnadı məhsullarına sifarişlər üstünlük təşkil edir. Bu məhsullar içərisində mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya daxil olan sifarişlərin dəyəri milyon ABŞ dollarından çox olmuşdur. Kənd təsərrüfatı mallarına (mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya, yerkökünə) əsas sifarişlər Rusiya Federasiyasından daxil olub.

Onu da qeyd edək ki, iyun ayındakı ixrac sifarişçilərin yarıdan çoxu birbaşa "Azexport" vasitəsi ilə reallaşıb. Bu isə bir daha portalın getdikcə dünya miqyasında daha çox tanındığının göstəricisidir.

Həmçinin "İxrac İcmalı”nın bu sayında "Bir pəncərə” İxraca Dəstək Mərkəzində sertifikatların verilməsi proseduru barədə də ətraflı məlumat əksini tapıb.

"İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış olmaq mümkündür.





Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}