23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Azərbaycan əmtəəlik qızılın növbəti partiyasını qəbul edib
Tarix: 28-07-2017 20:02 | Bölmə: İqtisadiyyat


Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib.

Reyting.az saytı Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qızıl Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib.

Bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib. Ümumilikdə, Mərkəzi Bankda saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}