Azərbaycandan Qətərə tərəvəz ixrac ediləcək - Sertifikat alınıb
Tarix: 29-08-2017 16:39 | Bölmə: İqtisadiyyat
Azərbaycandan Qətərə tərəvəz ixrac ediləcək

“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Qətər Əmirliyinə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mənşə sertifikatı alıb. Bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir.

Reyting.az-ın xəbərinə gğrə, “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC-nin təmsilçisi Nicat Rəhimli bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” ASC bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.

Qeyd olunur ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” ASC buna qədər də Azexport portalı vasitəsi ilə alma, yerkökü, pomidor, soğan və fındıq məhsulları üzrə ixrac sifarişləri alıb. Hazırda “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC Azexport üzərindən öz məhsullarını Amazon saytında yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}