17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Azərbaycandan avtomobil aksessuarları ixrac edilib
Tarix: 06-09-2017 11:47 | Bölmə: İqtisadiyyat
Azərbaycandan avtomobil aksessuarları ixrac edilib

Azərbaycanda fəaliyyət göstərən “AV İmpex ” MMC “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Gürcüstana avtomobil aksessuarları və yağlarını ixrac edib.

Reyting.az-a daxil olan məlumata görə, “AV İmpex ” MMC-nin nümayəndəsi Vüsal Civişovun ABŞ, Hindistan və Çindən idxal etdiyi avtomobil aksessuarları və yağlarının Gürcüstana ixracı üçün tələb olunan sertifikatlar barədə ərizəsi müsbət cavablandırılıb. İqtisadiyyat Nazirliyinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiya olunan xidməti ixrac üçün mənşə sertifikatının 4 saat müddətində tam hazır edərək sahibkara təqdim edib.

“AV İmpex ” MMC-nin nümayəndəsi Vüsal Civişov sertifikatı əldə etdikdən sonra bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac olunan sertifikatı qısa müddətdə əldə etməyə nail olub. O əlavə edib ki, Mərkəzdə sahibkarların effektiv və səmərəli ixracı üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində beynəlxalq baytarlıq və fitosanitar sertifikatları, keyfiyyət sertifikatı, mənşə sertifikatı, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə, mədəni sərvətin mühafizə şəhadətnaməsi və dini təyinatlı ədəbiyyatın ixracına razılıq sənədi verilir. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin binasında (Landau küçəsi 16) fəaliyyət göstərir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}