16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Yeni neft sazişi Azərbaycan üçün yeni risklər yarada bilər
Tarix: 19-09-2017 09:25 | Bölmə: İqtisadiyyat
Yeni neft sazişi Azərbaycan üçün yeni risklər yarada bilər

Yeni neft sazişi gələcəkdə dövlət büdcəsi və manat üçün yeni risklər yarada bilər. Çünki bu saziş daha çox xarici şirkətlərin və dövlətlərin maraqları nəzərə alınmaqla imzalanıb.

Reyting.az-ın xəbərinə gör, bunu iqtisadçı alim Qubad İbadoğlu “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi üzrə yeni sazişin imzalanmasına münasibət bildirərkən qeyd edib.

Q.İbadoğlunun sözlərinə görə, əvvəlki sazişin başa çatmasına 7 il qalmış tərəflərin yekdilliklə verdiyi bu qərar müxtəlif prizmalardan şərh olunmaqdadır:

“Hökümətin rəsmi izahatına və ona yaxın eksertlərin açıqlamalarına nəzər saldıqda bəlli olur ki, sazişin yenidən imzalanmasının əsas səbəbi yaxın illərdə neft hasilatında sabitliyi təmin etməkdir. Bu açıqlamanın sətiraltı izahı odur ki, şirkətlər əvvəlki saziş çərçivəsində mənfəət neftindən əldə etdikləri payın azalmasına görə hazırkı və gələcək dövrün məsrəflərini qarşılamaq istəmirdi. Belə olanda neft hasilatı demək olar ki, hər gün 100 min barrel aşağı düşürdü. Onda, hətta sadə məntiqlə demək olar ki, ikinci saziş şirkətlərin maraqlarını nəzərə almaqla onların investisiya qoyuluşlarını stimullaşdırmaq üçün yenidən imzalanıb. Bu isə o deməkdir ki, yeni şərtlər şirkətlər üçün əvvəlki ilə müqayisədə daha əlverişli olub ki, onlar buna razılıq veriblər. Yoxsa, şirkətlər konstitutsiya aktlı sazişə xitam verilməsi ilə razılaşmazdılar”.

Yeni neft sazişi Azərbaycan üçün yeni risklər yarada bilər

Q.İbadoğlu
nun fikrincə, şirkətləri razı salmaq üçün hökümət yenidən güzəştlərə gedib:

“Bəs onda nədən prezident səviyyəsində “Bu sazişin şərtləri əvvəlkindən daha əlverişlidir”,- bəyanatı səslənir? Bu, həm də o demək deyilmi Heydər Əliyevin 23 il əvvəl əsasını qoyduğu neft strategiyası özünü doğrultmadı?! Əgər doğurdan da yeni sazişin şərtləri dövlət üçün daha əlverişlidirsə, onda niyə saziş dərc olunmur?”.

Q.İbadoğlu bildirib ki, sazişin əsas müddəaları, xüsusilə də xərc və mənfəət bölgüsü, vergi, royalti və digər ödənişlərin hesablanması və ödənilməsi şərtləri açıqlanmır:

“Buyurun, yeni sazişi dərc edin, biz də onu köhnə ilə müqayisə edib, həqiqətlər varsa, onu təsdiq, yoxdursa, onda yalanları faş edək.

Bəlkə də bu saziş sonadək işləyəcəyi halda Azərbaycan dövləti son illərdə mənfəət neftindən əhəmiyyətli pay götürə biləcək”.

İqtisadçının fikrincə, ən təhlükəsi odur ki, şişirdəcəkləri məsrəflərini yaxın 10-15 il ərzində çıxarılan Azərbaycan neftinin satışından əldə edilən gəlirlər hesabına ödətdirən şirkətlər, sonra da indiki kimi “yataqlarda qalan nefti çıxarmaq kommersiya baxımından faydalı deyil”,- bəhanəsi ilə işləri dayandıra bilərlər: “Çünki, 10-15 ildən sonra elə bir situasiya yarana bilər ki, xərclərini geri götürən şirkətlərin hasil etdikləri neftin satış qiyməti onun istehsal xərcindən ucuz ola bilər. Necə ki, bir vaxtlar bahalaşan və uzun müddət aparıcı yanacağa çevrilən daş kömürə, indi demək olar ki, qiymət verən yoxdur.

Heç şübhəsiz ki, yanacaq balansının strukturunda baş verən son dəyişikliklər, 10-15 ildən sonra neft və qaz kimi təbii sərvətlərə tələbatı kəskin azalda bilər. Belə olan halda da yeni sazişdən itirən dövlət, qazanan isə yenə də Azərbaycandan getmək istəməyən xarici neft şirkətləri və tələbatlarını Azərbaycanın nefti hesabına ödəyən dövlətlər olacaq”.

Q.İbadoğlu qeyd edib ki, milli iqtisadiyyatın hazırkı böhranlı vəziyyətində başlıca ixracat məhsulundan əldə edilən valyuta gəlirlərinin azalmasına rəvac verən yeni sazişin imzalanması həm də SOCAR üçün yeni və əhəmiyyətli öhdəliklər yaradır:

“Dövlət büdcəsi və işçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilməyən SOCAR-ın əvəzinə bu öhdəlikləri Dövlət Neft Fondu yerinə yetirəcəyi halda gəlirləri kəskin azalan Fondun xərc imkanları da məhdudlaşacaq. Bu isə həm dövlət büdcəsi və həm də manat üçün yaxşı perspektiv vəd etmir.
Burda pozitiv olan iqtisadiyyata, xüsusilə də neft bölməsinə yönələcək investisiyaların artmasıdır. Bu isə yeni iş yerləri və biznes imkanları deməkdir”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}