17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İki şirkətin əmlakı satışa çıxarılır - Borca görə
Tarix: 20-09-2017 10:53 | Bölmə: İqtisadiyyat
İki şirkətin əmlakı satışa çıxarılır

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı tərəfindən (BOKT) “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə “Müsabiqə Komissiyası”nın növbəti iclası keçirilib.

“Aqrarkredit”dən “APA-Economics”ə verilən məlumata görə, ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli və 07 avqust 2015-ci il tarixli fərmanlarının icrası olaraq “Aqrarkredit” tərəfindən davamlı tədbirlər həyata keçirilir.

“Görülmüş tədbirlər nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqları qanunvericiliyə əsasən əldə edilərək, “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş problemli kredit borcları olan müəssisələrin əmlaklarının bir qisminin üzərində mülkiyyət hüququ tanıdılıb. Həmin əmlakların müvafiq qaydada qiymətləndirilməsi və satışının təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli, 252 nömrəli qərarı ilə yaradılmış “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə komissiyasının iclasları keçirilib”, - deyə məlumatda vurğulanıb.

İclasda “Kainat” ASC və “Fireland Vineyards” MMC üzrə əmlakların ilkin qiymətinin təsdiq edilməsi və hərraca çıxarılması barədə, “Qafqaz Beton 2007” MMC üzrə biznesin qiymətinin nəzərə alınması, eyni zamanda, həmin müəssisə üzrə əmlakın qiymətləndirilməsi barədə qərar qəbul edilib, həmçinin “Mingəçevir İzolit” ASC, “BOT” MMC, “Bakı Fındıq Emalı” MMC, “Stimul” MMC və “Şəki Kərpic” MMC üzrə əmlakların qiymətləndirilməsi işinin təşkili ilə bağlı komissiya tərəfindən “Aqrarkredit” QSC-nin İdarə Heyətinə tapşırıqlar verilib.

BOKT-dan bildirilib ki, hazırda Azərbaycan Beynəlxalq Bankından qəbul edilmiş problemli kreditlər üzrə işlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}