Kompensasiyaların ödənilmə qaydaları dəyişib - Q'arar
Tarix: 24-10-2017 10:26 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Kompensasiyaların ödənilmə qaydaları dəyişib

Azərbaycan Nazirlər Kabineti "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

Baş nazir Artur Rasi-zadənin bununla bağlı qərarında yazılır ki, indiyədək istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Hərbi Prokurorluğun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına yalnız nağdsız qaydada həyata keçirilirdi.

Dəyişikliklə isə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulan dövlət qurumlarının saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər "Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.

"Nağdsız hesablaşmalar haqqında” qanunun məqsədi Azərbaycan ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}