Ərdoğan: “Azərbaycana investisiyalarımızı 30 milyard dollara çatdırmaq imkanımız var”
Tarix: 30-10-2017 12:20 | Bölmə: İqtisadiyyat
Ərdoğan: “Azərbaycana investisiyalarımızı 30 milyard  dollara çatdırmaq imkanımız var”

"Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır. Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var".

Reyting.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Təbii ki, qlobal iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslər hamımıza təsir göstərir. Bildiyiniz kimi, Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi güdən müxtəlif istiqamətlərdən gələn çoxsaylı hücumların hədəfinə çevrilib. Lakin yenə də dik dururuq. Azərbaycana isə neftin qiymətinin ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən imkanlar da ehtiva etdiyinə inanırıq”.

Ərdoğan deyib ki, Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərini prezident Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla artdığını müşahidə edirlər:

“Xarici investisiyaların təşvik edilməsi, böyük türk şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədlə qarşıdakı günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə Road Show tədbirinin keçirilməsi üçün İqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir", - deyə o vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Naxçıvanla da ticarət əlaqələrinin canlandırılması, iş adamlarının həvəsləndirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib:

"Oktyabrın 28-də İqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram".(APA)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}