17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Sahibkarlar üçün yeni xidmət yaradılıb
Tarix: 02-11-2017 11:22 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Sahibkarlar üçün yeni xidmət yaradılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı (www.azexport.az) sahibkarlara yeni xidmət növünü təqdim edir.

İİTKM-dən verilən məlumata görə, "Azexport" portalı dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir. Sahibkarlar artıq aydın şəkildə müxtəlif ölkələrdə elan olunan tender və sifarişləri görə, onlardan yararlana bilərlər. Eyni zamanda portal bu cür tenderlərdə iştirakla bağlı müvafiq dəstək verəcək.

"Azexport" portalının rəhbəri Zaur Qardaşov bildirib ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdə mövcud böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada keçirildiyi üçün bu cür inteqrasiya mümkün olub. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, bu cür portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər vardır ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkarlara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40 faiz əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış, bir sıra ənənəvi və yeni sahələrin (Maşınqayırma, İT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}