07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Elman Rüstəmov: “Ölkəmizin ehtiyatları 42 milyard dollara çatıb”
Tarix: 21-11-2017 13:19 | Bölmə: İqtisadiyyat
Elman Rüstəmov: “Ölkəmizin ehtiyatları 42 milyard dollara çatıb”

Sərt xarici şok baş verməyəcəyi təqdirdə növbəti ildə valyuta bazarında sabitlik qorunacaq.

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, cari ildə strateji ehtiyatlarımız 12 faiz, Mərkəzi Bankın ehtiyatları isə 31 faiz artıb. Onun sözlərinə görə, ölkəmizin ehtiyatları 42 milyard dollara çatıb: “Manat ilin ilin əvvəlindən 4 faiz, son aylarda isə 11 faizdən çox möhkəmlənib. Eyni zamanda Neft Fondundan dövlət büdcəsinə transfertlər 3 dəfə azalıb və ehtiyatlara qənət edilib”.

E.Rüstəmov Dövlət Statistika Komitəsinə istinadən qeyd edib ki, 2017-ci ilin 10 ayı ərzində inflyasiya 13 faizdən artıq olub. Ancaq o, inflyasiyanın daha çox xarici amillərlə əlaqədar olduğunu bildirib.

MB sədrinin sözlərinə görə, son aylar bəzi ərzaq məhsullarının qiymətləri əhəmiyyətli dərəcədə artıb: “Bu artım heyvandarlıq məhsullarında da müşahidə olunub. Odur ki, bu inflyasiya proqnozlaşdırılırdı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}