16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
Tarix: 24-11-2017 14:28 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov növbəti ildə daha 2 rayonda icbari tibbi sığorta layihəsinin həyata keçirilə biləcəyini deyib.

Nazir bildirib ki, hazırda Mingəçevir və Yevlaxda tətbiq edilən icbari tibbi sığorta layihəsi öz müsbət nəticələrini verir: "Hazırda proqramın ilkin nəticələrinin təhlilinə ehtiyac var. Növbəti ildə daha 2 rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dekabrında imzalanıb.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, pilot layihənin növbəti iki rayonda tətbiqi də ölkə başçısı tərəfindən müəyyən olunacaq. Bu rayonların hansılar olacağı hələ bilinmir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}