4 bankın əmlakı satışa çıxarılır - Hərrac+Siyahı
Tarix: 19-12-2017 09:26 | Bölmə: İqtisadiyyat
4 bankın əmlakı satışa çıxarılır

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan bir sıra bankların balansındakı daşınan və daşınmaz əmlakı hərrac yolu ilə satışa çıxarır.

Reyting.az saytı ƏSF-yə istinadla xəbər verir ki, ləğv prosesindəki “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır.

Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus bağ evi satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.

Maraqlananlar əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}