15:44 / 20-04-2024
Ceyhun Bayramov İran səfəri ilə görüşüb
14:33 / 20-04-2024
Moskvada azərbaycanlı iş adamı öldürülüb
13:13 / 20-04-2024
Müğənni Cavanşir Məmmədov vəfat edib
13:06 / 20-04-2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:02 / 20-04-2024
Sabahın hava proqnozu açıqlanıb
12:59 / 20-04-2024
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
10:37 / 20-04-2024
Rusiyalı ekspert: Cənubi Qafqazın Rusiya üçün əhəmiyyəti böyükdür
10:21 / 20-04-2024
Qazaxlı Alikin oğlunun məhkəməsi başlayır
09:50 / 20-04-2024
ABŞ Çini ittiham edir: Ukraynada müharibəni qızışdırır
09:46 / 20-04-2024
Sülhməramlıların Qarabağı tərk etməsi separatçı ermənilərin narahatlığına səbəb olub
09:12 / 20-04-2024
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
09:06 / 20-04-2024
Blinken 4 kəndin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
20:29 / 19-04-2024
Qəzza müharibəsi qloballaşır
18:35 / 19-04-2024
MKİ: “Moskva yaxınlığındakı terror aktını İŞİD təşkil edib”
18:14 / 19-04-2024
Qəzzada daha 42 nəfər dinc sakin həlak olub
18:08 / 19-04-2024
Eminemin qızı bikinidə görüntülənib
18:06 / 19-04-2024
Yaponiya süni intellektin inkişafına 475 milyon dollar ayırıb
17:57 / 19-04-2024
9 milyon manatlıq mənimsəmə... - Şirkət rəhbərinə 11 il həbs cəzası verilib
17:33 / 19-04-2024
Ağ ev Afrikada müttəfiqini itirə bilər
17:30 / 19-04-2024
İranda silsilə partlayışlar baş verib
17:27 / 19-04-2024
İranın İsrailə hücumunun əsl səbəbi bəlli olub
17:18 / 19-04-2024
Mustafayevlə Qriqoryan sərhəddə görüşüb - 4 kənd Azərbaycana qaytarılır
17:09 / 19-04-2024
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib - Fotolar
17:00 / 19-04-2024
Prezident Cinayət-Prosessual Məcəlləsində dəyişikliyi təsdiqləyib
16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
16:34 / 19-04-2024
Universitetin sözçüsü vəzifədən ayrılıb
20:08 / 15-04-2024
Rusiya Ukrayna ilə savaşa özgələri göndərir
18:51 / 15-04-2024
“Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirilib - Fotolar
13:58 / 16-04-2024
Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat
15:07 / 17-04-2024
Hikmət Hacıyev: “Sülhməramlıların Azərbaycandan çıxarılması barədə qərar qəbul edilib”
10:57 / 18-04-2024
60 milyard dollarlıq yardımın önü açılır
09:26 / 16-04-2024
Ulduz aktrisanın psixoloji problemi yaranıb - Fotolar
23:48 / 16-04-2024
Tbilisidə polis qanuna etiraz edən 11 nəfəri saxlayıb
23:14 / 16-04-2024
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
22:18 / 15-04-2024
"Beşiktaş" Fernando Santos və köməkçilərinə təzminat ödəyəcək
12:15 / 17-04-2024
İsrail-İran müharibəsi kölgədən çıxır - 2-ci raund olacaq?
21:44 / 16-04-2024
Leyla Əliyevanın iştirakı ilə ağacəkmə aksiyası keçirilib - Fotolar
21:10 / 16-04-2024
Aleksandr Vuçiç İlham Əliyevə zəng edib
Əməkhaqları və işsizlik müavinətləri ilə bağlı yeni qərar verilib
Tarix: 08-01-2018 17:41 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti "Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.
Bu Qayda aktiv məşğulluq tədbiri kimi müəyyən müddət ərzində sığortaedənlərlə birlikdə sığortaolunanların əməkhaqlarının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi şərtlərini və qaydasını müəyyən edir.
Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin göndərişi əsasında işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydada nəzərdə tutulmuş hissəsinin müəyyən müddətə işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsidir.
Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi müddəti və məbləği müəyyənləşdirilib. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş orta aylıq əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamaq şərtilə, sığortaolunanın ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) və əməkhaqqına üstəliyin (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, şsizlikdən sığorta haqqı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.
Əməkhaqqına əlavələr, mükafatlar və digər ödənclər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir. Əməkhaqqının maliyyələşdirilən hissəsi əmək müqaviləsinin hüquqi qüvvəyə mindiyi aydan başlayaraq, hər ay işəgötürən tərəfindən razılaşmada nəzərdə tutulan müddətdə və məbləğdə ödənilir. Razılaşmanı imzalamış işəgötürənlər onun icrası və Xidmət tərəfindən Proqram üzrə ödəniləcək vəsait barədə hesabatı sonrakı ayın 5-dək elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə (MİS) təqdim edirlər. Hesabatın Xidmət tərəfindən qəbul olunması təsdiq edildikdən sonra, həmin ayın 10-dan gec olmayaraq, əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsi üzrə ödəniş işəgötürənə ödənilir.
Xidmətdə işsiz kimi qeydiyyata alınmış şəxslərin sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək hüquqları var. Xidmətin göndərişi əsasında işəgötürənlə əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində işə qəbul olunmuş sığortaolunanların əməkhaqlarının bu Qaydada nəzərdə tutulmuş hissəsi işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir. Proqramda iştirak edən işsizlərdən əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir. Proqramda işəgötürənlərin iştirakı üçün aşağıdakı şərtlər müəyyən edilir:
- son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan;
- son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən);
- işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən;
- vakansiya bankına müvafiq məlumatları təqdim edən;
- kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan.
Hər bir işəgötürən üzrə əməkhaqlarının maliyyələşdirilməsi proqramına cəlb olunacaq sığortaolunanların sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 5 faizindən çox ola bilməz. Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl vakansiya bankına təqdim edilməlidir. Xidmət tərəfindən Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş məşğulluq təsnifatı üzrə müxtəlif vakant iş yerlərinə göndəriş işəgötürənə təqdim edildiyi halda, işəgötürən ilk növbədə, əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulmayan vakant iş yerlərinə, sonra isə əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan vakant iş yerlərinə işçiləri qəbul etməlidir. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan iş yerləri üzrə əməkhaqqının məbləğindən 10 faizdən çox fərqlənə bilməz. Proqramda iştirak edən işəgötürənlər bu Proqram çərçivəsində Xidmətin göndərişləri əsasında işə götürdükləri işçilərlə əmək müqavilələrinə Proqram başa çatdıqdan sonra ən azı 1 il ərzində Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xitam verdiyi halda, növbəti maliyyələşdirmə proqramında iştirak etmirlər. Büdcədən maliyyələşən təşkilatlar sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramında işəgötürən kimi iştirak etmirlər.
Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi üzrə aktiv məşğulluq proqramında iştirak etmək istəyən hər bir işəgötürən "Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, "Elektron hökumət portalı” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron xidmətlər” portalında yerləşdirilmiş "Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi proqramı” elektron xidməti vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin (MİS) "Məşğulluq Alt Sistemi”ndə (MAS) "Müraciət - Ərizə” formasını doldurub gücləndirilmiş elektron imza ilə təsdiq etməlidir. Elektron informasiya sisteminə məlumatlar bilavasitə işəgötürən tərəfindən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən ötürülür. İşəgötürən Proqramda iştirak məqsədi ilə mövcud informasiya ehtiyatlarında ona aid fərdi və kommersiya xarakterli məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğu edilərək əldə olunmasına dair Razılığını gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir. Elektron formada göndərilmiş müraciət qeydiyyata alındıqdan və Razılıq təsdiq edildikdən sonra, 10 iş günü ərzində həmin işəgötürənin bu proqramda iştirakının mümkünlüyü araşdırılır. Xidmət Razılaşma imzaladığı işəgötürənlərə əməkhaqqı maliyyələşdiriləcəyi iş yerləri üzrə müəyyən edilmiş qaydada göndəriş rəsmiləşdirir. İşəgötürən göndərişdən istifadə barədə məlumatda işaxtaranı vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarını verərək göndərişdə müvafiq qeydlər aparır və onu imzası və möhürü ilə təsdiqləyərək işaxtarana təqdim edir. Bununla yanaşı, işəgötürən qərarı barədə məlumatı müəyyən edilmiş qaydada MAS-a daxil edərək gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.(APA)
Bölməyə aid digər xəbərlər

Dünən, 10:48
S&P İsrailin kredit reytinqini aşağı salıb
Dünən, 10:39
Bitcoin ucuzlaşıb
18-04-2024, 17:40
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
18-04-2024, 15:52
Daha iki bankın əmlakları hərraca çıxarılıb
18-04-2024, 12:10
Energetika naziri ABŞ-a gedib
18-04-2024, 09:45
Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar
18-04-2024, 09:00
Kolumbiya da BRİCS-ə maraq göstərir
17-04-2024, 13:16
Şirvan kanalı 230 min hektar əkin sahəsini əhatə edəcək
17-04-2024, 12:07
Deputat cərimələrin artırılmasını tələb edir
17-04-2024, 09:02
Naxçıvanda dövlət orqanlarında yoxlamalar başlayıb
16-04-2024, 18:02
Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
16-04-2024, 15:20
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb
16-04-2024, 10:26
60 min tondan çox təhlükəli tullantı zərərsizləşdirilib
15-04-2024, 18:01
Akademiyada Novruz bayramı aprel ayında keçirilir - 14 minlik şübhəli tender gündəmə çevrilib
15-04-2024, 17:53
Ən çox şikayət edilən bankların adları bəlli olub - Siyahı
15-04-2024, 17:47
Məşhur şirkət Rusiyadakı aktivlərini satıb
15-04-2024, 16:52
Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib
15-04-2024, 16:34
Aqrar sığorta sahəsində hesabatlılıq pozulub
15-04-2024, 14:58
DSMF-də 6,5 milyon manatdan çox vəsait mənimsənilib
15-04-2024, 11:37
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
14-04-2024, 23:11
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
12-04-2024, 21:33
Dünyanın ən böyük hava limanı tikiləcək - Foto
10-04-2024, 12:43
Yeni şəhər inşa olunur - Foto
9-04-2024, 14:07
Deputatın şirkəti Milli Onkologiya Mərkəzinin 5.2 milyonluq daha bir tenderini "qapazlayıb"
9-04-2024, 09:34
İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto
8-04-2024, 15:52
Bakı Metropolitenində yoxlama aparılacaq
8-04-2024, 14:53
ABŞ Çin banklarını sanksiyalarla hədələyir
8-04-2024, 13:17
Əksər ölkələrdə ərzaq inflyasiyası davam edir
8-04-2024, 11:10
11530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb
6-04-2024, 18:00
Ən çox şikayət edilən sığorta şirkətlərinin adı bəlli olub - Cədvəl
6-04-2024, 11:13
Siqaret idxalı sahəsində yeni tələb qoyulub
5-04-2024, 15:41
Əli Əsədov ezamiyyə xərcləri ilə bağlı qərar imzalayıb
5-04-2024, 13:58
DTX-nin xaricdəki nümayəndələri vergidən azad olunacaq
5-04-2024, 13:40
Dərmanlar üçün ƏDV-nin ləğvi təklif olunur
5-04-2024, 13:15
Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlar təsdiqini tapmır
5-04-2024, 10:38
Ödəniş əməliyyatlarının aparılma qaydası təsdiqlənib
4-04-2024, 23:41
“Brent” markalı neftin qiyməti 91 dolları ötüb
3-04-2024, 14:25
Mərkəzi Bank "Veysəloğlu" ilə məhkəmədə çəkişir - Qalmaqal
3-04-2024, 11:57
Baş idarəyə rəis təyinatı olub
2-04-2024, 18:45
Ərazi vergilər idarələrinə yeni rəislər təyin edilib
2-04-2024, 10:48
Naxçıvanda Nazirlər Kabineti yeni qərarlar verib
2-04-2024, 09:53
İndoneziya BRİCS-ə daxil olmağa hazırlaşır