Azərbaycanda qızıl və gümüş hasilatı artıb
Tarix: 17-01-2018 19:42 | Bölmə: İqtisadiyyat
Azərbaycanda qızıl və gümüş hasilatı artıb

Azərbaycanda 2017-ci il ərzində 6 390,8 kq qızıl hasil olunub ki, bu da 2016-cı illə müqayisədə 3,4 dəfə çoxdur.

Reyting.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gümüş hasilatı isə illik müqayisədə 94,8% artaraq 704,7 kq təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.(Mənbə:Report)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}