07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Məşğulluqla iqtisadi artım arasında paradoks yaranıb - Məhəmməd Talıblı
Tarix: 24-01-2018 13:12 | Bölmə: İqtisadiyyat
Məşğulluqla iqtisadi artım arasında paradoks yaranıb

“2017-ci il illə bağlı rəsmi hesabatda bildirilir ki, ötən il ölkəmizdə 221 min yeni iş yeri açılıb. Bunun da 177 mini daimi iş yeri hesab olunur. Bunu bir rəqəm olaraq dəyərləndirməyək. İqtisadiyyat da qarşılıqlı təsir prinsipləri baxımından yanaşsaq, onda 2 makroiqtisadi göstəricilər arasında əlaqəni təhlil etməliyik”.

Reyting.az-ın məlumatına görə, bunu İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı bildirib.

M. Talıblı iki makroiqtisadi göstəricilər arasında əlaqəni də təhlil edib:

“Birinci. Belə qəbul edilə bilər ki, ölkədə əmək qabiliyyətli əhalinin (5 mln. nəfər) 4,2 faizi (221 min) yalnız bir ildə özlərinə iş tapa bilib. Bu zaman fiskal qurumların yığımlarında 2 istiqamətdə artımları baş verməli idi.

Birincisi, sahibkarların əldə etdikləri gəlirlərdən büdcəyə ödəməli olduqları vəsaitlər artmalı idi. Digər tərəfdən, işlə təmin olunan vətəndaşlarımız daha çox gəlir və sosial vergilərdə payı yüksələn xətt üzrə davam etməli idi. Bu amillər isə dövlət büdcəsinin gəlir diapazonunda özünü göstərməli idi. Dövlət büdcəsinə bu istiqamətdə daxilolmaların proqnozdan artıq olmaması deməyə əsas verir ki, bu vəsaitlər kölgə iqtisadiyyatının genişlənməsinə xidmət edib”.

Makroiqtisadi göstəricilər arasındakı əlaqənin ikinci təhlilinə gəlincə, iqtisadçı bildirib ki, nəzəri aspektdən yanaşsaq, iqtisadi siyasətin 3 əsas məqsədləri olur: davamlı inkişafa nail olmaq, tam məşğulluğun davamlı olaraq təmin edilməsi və gəlir bölgüsündəki tarazlıq: “Demək, məşğulluqla yanaşı iqtisadi artımın da olması vacibdir. Eyni zamanda məşğulluğun iqtisadi artıma da təsir kanalı mövcuddur. ABŞ iqtisadçısı Oukun qanunu göstərir ki, işsizliklə iqtisadi artım arasında qarşılıqlı əlaqə mövcuddur. Ouken sübut edir ki, 2,5 faizlik iqtisadi artım işsizliyi cəmi 1 faiz azalda bilir.
Azərbaycanda ötən il iqtisadi artımının 0,1 faiz artımı şəraitdə məşğulluq iqtisadi artımı nə qədər genişləndirə bilər? Bu haqda düşünmək lazımdır”.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}