Ötən il 877 dövlət əmlakı özəlləşdirilib - Əmlak Komitəsi
Tarix: 29-01-2018 09:55 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Ötən il 877 dövlət əmlakı özəlləşdirilib

2017-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə, 197 hərrac keçirilib.

Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə bildirilib. Qeyd olunub ki, keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılıb, 132 yeni iş yeri yaradılıb.(Trend)




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}