16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq
Tarix: 06-02-2018 10:56 | Bölmə: İqtisadiyyat
Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq

"Bu gün Azərbaycanda artıq 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. Gələcəkdə isə Azərbaycanın bütün rayonlarda sənaye zonaları yaradılacaq".

Reyting.az saytı "APA-Economics"ə istinadla xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda "Sənayedə yerli xammaldan idxalı əvəz edən istehsalın genişlənməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Strateji Yol Xəritəsinə uyğun olaraq sənaye klasterlərinin yaradılması istiqamətində işlər aparılır: "Bununla əlaqədar metodologiya və təkliflər, həmçinin tətbiq ediləcək güzəştlər hazırlanır".

O bildirib ki, İqtisadiyyat Nazirliyi hazırda 2018-ci ildə istehsala başlayacaq SOCAR-Polymer layihəsinin məhsulları üçün potensial istehlakçı axtarır: "Artıq 15 şirkətlə danışıqlar aparılır. Onlarda ilkin olaraq 50 min ton tələbat olduğu müəyyən edilib".




Bölməyə aid digər xəbərlər
Dünən, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}