07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Avropa İnvestisiya Bankı TAP-a 1,5 mlrd. avro kredit verəcək
Tarix: 07-02-2018 09:10 | Bölmə: İqtisadiyyat
Avropa İnvestisiya Bankı TAP-a 1,5 mlrd. avro kredit verəcək

Avropa İnvestisiya Bankı Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 mlrd. avro həcmində kreditin ayrılmasını təsdiq edib.

“Reuters” agentliyinin məlumatına görə, bankın vitse-prezidenti Endryu MakDouvel (Andrew McDowell) bildirib ki, TAP layihəsi Avropada qaz istehsalının azalmasının qarşısını alacaq, Mərkəzi və Cənub-şərqi Avropada qaz mənbələrinin şaxələndirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər). Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.(Mənbə: “APA-Economics”)




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}