17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Prezidentin təklifi 150 milyon manat borca şamil olunacaq - Deputat
Tarix: 20-02-2018 10:27 | Bölmə: İqtisadiyyat
Prezidentin təklifi 150 milyon manat borca şamil olunacaq

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.

Qanun layihəsinin mahiyyəti barədə deputat Zahid Oruc "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda pensiya sisteminin qurulması, yəni sığortaolunanlar üzərindən həyata keçirilməsi 2006-cı ildən başlayaraq reallaşdırılır:

"Sığorta edilənlərə fərdi uçot sisteminin həyata keçirilməsi də o dövrə düşür. Həmin ildən başlayaraq müxtəlif təşkilatların, müəssisələrin Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişləri ilə bağlı mühüm borcları yaranıb. Bu 12 il ərzində həmin məbləğin 100 milyon manatdan artıq hissəsi ödənməyib. Nəticə olaraq bütün bu işlər üçün açılmış məhkəmə davalarına baxılması belə problemi həll etməyə imkan verməyib. Tətbiq olunmuş maliyyə sanksiyalarına görə qərarların yerinə yetirilməməsi nəticəsində həmin sanksiyaların üzərinə əlavə cərimələr gəlib. Bunun nəticəsində 55 milyondan artıq əlavə borc yaranıb. Hazırkı qərar pensiya sisteminini dayanıqlı etməkdən ötrüdür. Qəti bir şəkildə pensiyaçının maraqlarına toxunmur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}