Xidməti müqavilələr qadağan ediləcək
Tarix: 10-03-2018 01:27 | Bölmə: İqtisadiyyat
Xidməti müqavilələr qadağan ediləcək

Azərbaycanda qeyri-rəsmi məşğulluğun azaldılması və işləyənlərin qeydiyyata alınması ilə bağlı ciddi tədbirlər hazırlanır. Burada tətbiq ediləcək inzibati addımlardan biri xidməti müqavilə ilə işləyən işçilərin əmək müqaviləsinə keçirilməsi olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan şirkətləri və işəgöürənləri işçilərlə münasibətlərdə xidməti müqavilələrdən geniş istifadə edirlər. Bu üsul o qədər geniş yayılıb ki, faktiki olaraq əmək müqaviləsinin alternativi sayılır.

Məlumat üçün bildirək ki, xidməti müqavilənin bağlanması zamanı işçiyə ödənilən məbləğ əmək haqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir. Bu zaman həmin məbləğdən fiziki şəxslərin gəlir vergisi (14%-dir) və DSMF-yə ödənişlər (ümumilikdə 25% təşkil edir) tutulmur. Xidmət göstərən tərəf yalnız müqavilə məbləğinin 4 faizi həcmində sadələşdirilmiş vergi (regionlarda 2%) və ayda 21 manat DSMF ödənişi edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}