17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qazaxıstanda Azərbaycanın turizm potensialı müzakirəyə çıxarılıb - Fotolar
Tarix: 28-04-2018 21:06 | Bölmə: İqtisadiyyat
Qazaxıstanda Azərbaycanın turizm potensialı müzakirəyə çıxarılıb

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə Aktau şəhərinin “Qrand Victoriya” otelində ölkəmizin turizm potensialına həsr olunmuş “Azərbaycanı özün üçün kəşf et”, (Открой для себя Азербайджан!) mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, tədbir keçirilən zalda Azərbaycanın turizm bölgələrini özündə əks etdirən xəritələr, jurnallar, broşürlər və digər təbliğat materiallarının sərgisi də təşkil olunub.

Tədbirdə Manqistau vilayətin Turizm idarəsinin rəhbərliyi, vilayətdə fəaliyyət göstərən 30-dan artıq turizm şirkətinin nümayəndələri, jurnalistlər, həmçinin Azərbaycandan gəlmiş turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın turizm potensialına dair video çarx nümayış etdirilib.

Daha sonra tədbiri Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov açaraq, Azərbaycanın iqtisadi inkişafından, son illərdə əldə etdiyi nailiyyətlərdə, xüsusi ilə turizm sektorunda qazandığı uğurlardan danışıb. O, Azərbaycan prezidenti İlham Əliyevin turizm sahəsinə verdiyi diqqət və qayğı nəticəsində ölkəmizin turizm sahəsində böyük inkişafa nail olduğu, Azərbaycana gələn xarici turistlərin sayının ildən ilə artdığını bildirərək, ölkəmizdə turistlər üçün yüksək səviyyəli xidmətin yaradıldığını bildirib. E. Zeynalov Qazaxıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu qeyd edərək, 2016-cı illə müqaisədə 2017-ci ildə Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 45% artım müşahidə olunduğu barədə yerli mətbuatda geniş məlumatların verildiyini qeyd edib. E. Zeynalov çıxışında, Azərbaycana gələn Qazaxıstanlı turistlərin əsasən sağlamlıq, şopinq və istirahət turlarını seçdiyini nəzərə alaraq, Baş konsulluq tərəfindən təşkil olunmuş tədbirin əsas məqsədinin dost, qardaş Qazaxıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu işdə hər iki ölkənin turizm şirkətləri arasında əlaqələrin yaradılması və genişləndirilməsi məqsədini daşıdığını bildirib.

Daha sonra, Manqistau vilayət hakimliyyətinin Turizm şöbəsinin rəisi Jariyeva Qulsim Omarovna çıxış edərək, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu, xüsusi ilə Manqistau vilayətinin Azərbaycana daha yaxın bölgə olduğunu nəzərə alaraq, Manqistau vilayət fəaliyyət göstərən turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında əlaqələrin qurulmasının və genişləndirilməsinin vacibliyini bildirib.

Sonra, Azərbaycanın turizm şirkətinin nümayəndələri Cavid Cavadov və Fazil Atayev çıxış edərək, ölkəmizin turizm imkanları və məkanları, gənclər üçün turlar, aktiv istirahət turları, müalicəvi turlar və s. haqqında təqdimatlar keçiriblər.

Tədbirin sonunda yerli turizm şirkətlərinin nümayəndələri arasında lotoreya oynanılıb. 12 nəfər qalibə Azərbaycanın müxtəlif böləgələrində 2-3 günlük turlar hədiyyə olunub.

Qazaxıstanda Azərbaycanın turizm potensialı müzakirəyə çıxarılıb
Qazaxıstanda Azərbaycanın turizm potensialı müzakirəyə çıxarılıb
Qazaxıstanda Azərbaycanın turizm potensialı müzakirəyə çıxarılıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}