23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Türkiyə 40 milyonadək xarici turist gözləyir - Ərdoğan
Tarix: 17-06-2018 12:51 | Bölmə: İqtisadiyyat / Xəbərlər
Türkiyə 40 milyonadək xarici turist gözləyir

Türkiyə 2018-ci ildə 40 milyonadək xarici turist qəbul etməyi planlaşdırır.

Anadolu informasiya agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən mitinqdə çıxışı zamanı bildirib.

“Bizim hədəfimiz bu il Antalyada 14 milyon turist qəbul etməkdir. Ümumilikdə Türkiyə üzrə ilin sonunadək turist sayı 40 milyona çata bilər ki, bu da ölkəyə 32 milyard dollar gəlir gətirəcək”, – Rəcəb Tayyib Ərdoğan belə deyib.

Prezident qeyd edib ki, ötən il Antaliyaya gələn turistlərin sayı 2016-cı ilin göstəricilərinə nisbətən 57 faiz artaraq 10,5 milyon nəfərə çatıb. Ərdoğanın sözlərinə görə, Türkiyə bu il Rusiyadan 6 milyon turist gözləyir. 2017-ci ildə ölkəni rekord sayda – 4,7 milyon rusiyalı turist ziyarət edib. Ümumilikdə isə ötən il Türkiyəyə turist axını 2016-cı illə müqayisədə 27,8 faiz artıb və 32,4 milyon nəfər olub.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}