İstehsal, idxal və satışla bağlı vahid sistem yaradılır
Tarix: 29-06-2018 00:13 | Bölmə: İqtisadiyyat
İstehsal, idxal və satışla bağlı vahid sistem yaradılır

Gələn il Azərbaycanda tütün məmulatları, alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət üçün Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat ("Təqib və İzləmə”) Sistemi yaradılacaq.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Beləliklə, 2019-cu il yanvarın 1-dən Azərbaycan Respublikasının ərazisində istehsal olunan, yaxud ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, 2019-cu il martın 1-dən isə alkoqollu içkilərin və pivənin istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsini təmin edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat "Track and Trace” ("Təqib və İzləmə”) Sistemi tətbiq olunacaq. Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi müəyyənləşib.

Bununla əlaqədar 2019-cu il yanvarın 1-dək Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlanmalı olan mallara nəzarət markalarının tətbiqi, təqdim edilməsi, uçotunun aparılması və dövriyyəsinə nəzarət Qaydaları” təsdiq ediləcək, aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər ediləcək.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}