İsveçrəli ekspert Bakıda seminar keçirib
Tarix: 29-06-2018 12:17 | Bölmə: İqtisadiyyat
İsveçrəli ekspert Bakıda seminar keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) təcrübəli maliyyə eksperti Benedikt Braumanın iştirakı ilə “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib.

Reyting.az
-a verilən məlumata görə, təlimin əsas məqsədi İİTKM-də makro-iqtisadi təhlil və proqnozlaşdırma sahəsində institusional potensialın gücləndirilməsi və Beynəlxalq Valyuta Fondunun “Maliyyə Proqramlaşdırılması (Financial Programming - FP)” modelinin qurulması ilə bağlı aktiv müzakirələrin aparılmasıdır. Proqram çərçivəsində real, fiskal, monetar və xarici sektorların diaqnostikası aparılmaqla Ümumi Daxili Məhsulun artımı, inflyasiya, maliyyə ehtiyatları və neft fondundan transfertlərə dair orta və uzun müddətli proqnozların işlənib hazırlanması da müzakirələrin əsas istiqaməti olub.

Qeyd edək ki, SECO-nun nümayəndəsi Benedikt Brauman buna qədər bir neçə dəfə bu mövzuda təqdimatlar həyata keçirib. 5 günlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Hazırda İİTKM-də ümumi tarazlıq modeli, mikrosimulyasiya modeli və maliyyə proqramlaşdırılması da daxil olmaqla güclü ekonometrik laboratoriya formalaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}