17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Banklar problemdən xilas ola bilmir
Tarix: 14-07-2018 14:34 | Bölmə: İqtisadiyyat
Banklar problemdən xilas ola bilmir

Azərbaycanın bank sektorunun mövcud durumu ilə bağlı rəsmi rəqəmlər açıqlanıb. Rəqəmlərdən bu sektorda işlərin heç də qaydasında getmədiyi məlum olur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bank sektorunun aktivləri bu il mayın 1-nə 27 651,4 mln. manat təşkil edib. Bu isə aprelin 1-i ilə müqayisədə 0,9 faiz azdır.

Xatırladaq ki, bu ilin mart ayında da sektorun aktivləri 2,1 faiz azalmışdı.

Bankların cəmi aktivlərinin 35,3 faizini və yaxud 9 760,8 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Apreldə bankların kredit portfeli 1,7 faiz böyüyüb.

Ay ərzində sektorun cəmi öhdəlikləri 1,1 faiz azalaraq 23 779,7 mln. manat, o cümlədən depozit portfeli 1,4 faiz artaraq 16 958,1 mln. manat olub. Bunun 7 813,5 mln. manatı fiziki şəxslərin, 9 144,6 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Apreldə əhalinin əmanətləri 3,1 faiz, şirkətlərin vəsaitləri isə 0,1 faiz artıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 8,3 faiz azalaraq 457,5 mln. manata düşüb.

Ay ərzində bank sektorunun cəmi kapitalı isə cüzi artaraq 3 871,7 mln. manat təşkil edib.

Rəsmi statistikaya görə, bank sektorunun zərəri bir qədər dəartıb. Belə ki, bu sektor 2018-ci ilin yanvar-aprel aylarını 57,1 mln. manat xalis zərərlə başa vurub.

Sözügedən rəqəm yanvar-mart aylarının yekunu ilə müqayisədə 2,15 faiz çoxdur.

4 ay ərzində bank sektorunun faiz gəlirləri 561,2 mln. manat, faiz xərcləri 201,1 mln. manat, qeyri-faiz gəlirləri 159,3 mln. manat, qeyri-faiz xərcləri isə 325,6 mln. manat təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 193,8 mln. manat olub.

Banklar bunun 242,5 mln. manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırıblar, digər mənbələrdən 1,7 mln. manat gəlir əldə ediblər, 10,1 mln. manat mənfəət vergisi ödəyiblər.

Daha bir ürəkaçmayan rəqəm isə onu göstərir ki, Azərbaycan bankları 3 aydır ki, xidmət şəbəkəsini genişləndirmir. Belə ki, bu il mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 511, bank şöbələrinin sayı isə 143 olub.

Yenə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, həmin bu rəqəmlər fevral, mart və aprel aylarında dəyişməyib.


Yalnız bu ilin yanvar ayında, yəni ilin əvvəlindən sektorun filiallarının sayı 2 vahid, şöbələrinin sayı isə 1 vahid artıb.

Son 1 ildə filialların sayında 49 vahid azalma, şöbələrinin sayında isə 3 vahid artım olub.

Beləliklə, görünən odur ki, son illər ölkənin bank sektorunda müşahidə olunan böhranlı vəziyyət davam edir.

Bir çoxlarının müəyyən məmur-oliqarxların nəzarətində olduğu bankların vəziyyətinin getdikcə ağırlaşdığını bu yaxınlarda ölkədə problemli kreditlərin 1,7 milyard manata çatdığı barədə iqtisadçı deputat Əli Məsimlinin açıqlamaları da təsdiqləyir. O, bir neçə gün əvvəl yerli KİV-ə müsahibəsində bildirib ki, Azərbaycanın bank sektoru daha çox neft amilinin prioritet təşkil etdiyi mərhələnin, xüsusən də neft bumu mərhələsinin “yetişdirməsidir”: “Həmin dövrün prinsipləri, bundan əlavə, həm də yazılmamış qanunları əsasında formalaşıb inkişaf etməyə başlayan bank sistemi 2014-cü ildən neftin qiyməti kəskin surətdə aşağı enəndən və 2015-ci ilin iki şok devalvasiyasından sonra çox böyük problemlər yaşamağa başlayıb. Bankların problemləri arasında 3 məqam-kapitallaşma imkanlarının məhdudlaşması, kredit qoyuluşlarının kəskin surətdə aşağı düşməsi və problemli kreditlərin kəskin surətdə artması daha ciddi narahatlıq yaradır. Devalvasiyadan əvvəl vaxtı keçmiş kreditlər 1 milyard manatın altında olmaqla kredit portfelində payı 5,3 faizi səviyyəsində idi. 2017-ci ildə vaxtı keçmiş kreditlər 1,6-1,8 milyard manat arasına çatmaqla (əslində problem kreditlərlə bağlı real göstəricilər daha yüksəkdir) kredit portfelində payı 22 faizə yaxınlaşıb. Bu il həmin sahədə bir qədər səngimə müşhidə olunur. Bununla belə, vaxtı keçmiş kreditlər 2018-ci ilin yanvar-aprel ayları 2017-сi ilin yanvar-aprel aylarına nisbətən 7,5 faiz artaraq 1,7 milyard manat təşkil edib ki,bu da kredit portfelinin 15 faizindən çoxdur”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}