Dörd regional idarə fəaliyyətə başlayıb
Tarix: 19-07-2018 23:56 | Bölmə: İqtisadiyyat / Xəbər lenti
Dörd regional idarə fəaliyyətə başlayıb

“Azərsu” ASC 4 şəhər və rayonda regional su-kanal idarəsi açıb.

Reyting.az
-ın xəbərinə görə, “Azərsu” ASC-dən APA-ya bildiriblər ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə əsasən “Azərsu” ASC ölkə ərazisində 4 regional su-kanal idarəsi yaradıb.

Respublikanın şimal zonası üzrə 1 saylı Quba regional su-kanal idarəsinin əhatəsinə Xaçmaz, Quba, Şabran, Siyəzən və Xızı su-kanal idarələri, 2 saylı Ucar regional su-kanal idarəsinin əhatəsinə İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Zərdab, Kürdəmir və Qobustan su-kanal idarələri, cənub zonası üzrə 3 saylı Lənkəran regional su-kanal idarəsinin əhatəsinə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara su-kanal idarələri, Mil-Muğan zonası üzrə 4 saylı Şirvan regional su-kanal idarəsinin əhatəsinə Şirvan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Beyləqan, Füzuli, Cəbrayıl və Xocavənd su- kanal idarələri daxildir.

Yeni yaradılan regional idarələrin hər birinə rəis təyinatları olub, ştat vahidləri üzrə işçilər qəbul edilib. Daha 4 regionda regional su-kanal idarələrinin yaradılması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər