09:07 / 24-04-2024
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
08:46 / 24-04-2024
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
08:37 / 24-04-2024
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
08:23 / 24-04-2024
Pekin taykonavtların adını açıqlayıb
08:20 / 24-04-2024
Argentina iranlı nazirin həbsini tələb edir
08:15 / 24-04-2024
Qazaxıstan və Rusiyanın sərhədi dəqiqləşdirilir
08:11 / 24-04-2024
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
00:15 / 24-04-2024
Mafiya başçısı bir ölkədən digərinə qaçıb
00:13 / 24-04-2024
Toyun qızğın vaxtında gəlini qaçırmaq istəyiblər
00:11 / 24-04-2024
İrana qarşı sanksiya siyahısı genişləndirilib
00:08 / 24-04-2024
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
00:06 / 24-04-2024
Ukraynada partlayışlar baş verib
23:09 / 23-04-2024
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
21:43 / 23-04-2024
Xankəndidə avtomat silah gizlədən şəxs tutulub - Foto
19:22 / 23-04-2024
Rusiyanın reaktiv raket daşıyıcısı Qərb raketlərini üstələyir
18:35 / 23-04-2024
Rusiyada sosial iğtişaşlar başlaya bilər
18:14 / 23-04-2024
Polad daşıyan gəmi körpüyə çırpıldıqdan sonra batıb
18:05 / 23-04-2024
Makron Zelenskiyə yalan vədlər verib
18:05 / 23-04-2024
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
17:51 / 23-04-2024
Avropa İttifaqı Çini hədələyir
17:33 / 23-04-2024
Ukraynaya göndəriləcək hərbi yardımın böyük hissəsi Avropadadır
17:27 / 23-04-2024
“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na dəyişiklik edilib
17:14 / 23-04-2024
Paşinyan Ermənistan-Azərbaycan arasında ilk sərhəd dirəyinin fotosunu paylaşıb - Foto
17:07 / 23-04-2024
“Space”ə qalib gələn aparıcı geri dönüb: "Vado Korovinin kanala rəhbərlik edəcəyi bəlli deyil"
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
16:50 / 23-04-2024
Nazirlər Kabineti polis və ya prokurorluğa çağırış qaydasına dəyişikliyi təsdiqləyib
16:23 / 23-04-2024
Dövlət başçısı: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır"
16:14 / 23-04-2024
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
16:10 / 23-04-2024
Azərbaycan-Ermənistan sərhədinin koordinatları dəqiqləşdirilir - Yenilənib
15:53 / 23-04-2024
Prezident: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
21:22 / 19-04-2024
Buraxılış imtahanının nəticələri elan olunub
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
23:26 / 19-04-2024
Aİ-dən 4 kəndin qaytarılmasına reaksiya: "Davamlı nizamlanmanı tam dəstəkləyirik"
00:37 / 20-04-2024
Hikmət Hacıyev: "Bu, diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
20:45 / 19-04-2024
19-cu əsrin solğun dagerreotiplərini bərpa ediblər
Hökumət qiymətləri yenidən artıracaq
Tarix: 31-08-2018 16:59 | Bölmə: İqtisadiyyat
Bir həftə əvvəl Azərbaycanda Ai-95 və Ai-98 markalı benzinin qiyməti bahalaşıb. Premium (Ai-95) benzini 1,50 manata satılır (əvvəl 1,25 manat idi), Super Premium (Ai-98) 10 qəpik bahalaşıb və 1,60 manatdır.
Milli Məclisin deputatları və nazirlik məmurları xalqa təsəlli etməyə tələsiblər ki, bu bahalaşma ölkədə satılan digər markalı yanacaqların qiymətlərinə, eləcə də ərzaq məhsullarına təsir etməyəcək. Bildiriblər ki, bu markalı benzinlər ölkəyə idxal olunur, buna görə bu addımın Tarif Şurası ilə heç bir əlaqəsi yoxdur. Bu markalı yanacağın xaricdən idxalatı ilə SOCAR-ın törəmə firmaları məşğul olur. Həm də dollar və avro ilə gətirirlər ki, onlar da tərslikdən bahalaşır.
Xüsusən, deputat Aydın Hüseynov bildirib ki, ölkədə Premium və Super Premium benzini istehlakçılarının sayı o qədər də çox deyil, avtomobil sahiblərinin cəmi 5%, bəlkə də 3%-i. Məsələ ondadır ki, bu yanacaq markaları güclü mühərriki olan bahalı avtomobillər üçün nəzərdə tutulub. Bizdə bahalı xarici maşın sahibləri o qədər də çox deyil. Ai-95 və Ai-98-i zəngin insanlar aldığına görə, qiymətin bahalaşması digər sürücülərə zərbə vurmayacaq.
Amma, məlum olur ki, Bakı supermarketlərində ərzaq məhsullarının qiymətləri bahalaşıb. Un, kərə yağı və bitki yağı, pendir, yumurta, kolbosa məmulatları. Sadalanan məhsullar orta hesabla 2-5%, göyərti isə 100% bahalaşıb! Məsələn, iyunda 0,1 manat olan bir dəstə keşniş və şüyüd indi 0,2-0,3 manata satılır.
İstehlak bazarında qiymətlərin yay artışının premium markalı benzinlərlə əlaqəsi olub-olmaması məlum deyil. Ölkəmizdə "yaxşı" ənənə yaranıb: inşaat materiallarının və digər materialların, ehtiyat hissələrinin bahalaşması həmişə ərzaq məhsullarının və xidmətlərin bahalaşmasına gətirib çıxarır. Bizim satıcılar bu işdə son dərəcə çevikdirlər.
Yerli saytlar bahalı avtomobillərin sahiblərinin, müşahidələrdən göründüyü qədər, Ai-95 və Ai-98 benzini almağa çox da meylli deyillər. Onlar bir litri 0,9 manatdan yerli istehsal olan Ai-92 benzini doldururlar. Başa düşürlər ki, motoru məhv edirlər, amma həvəskar eksperimentləri ilə məşğul olurlar. Bəziləri növbə ilə, bəzən 92, bəzən 95 markalı benzin doldurur.
"Sürünən" inflyasiya fonunda enerji daşıyıcıları qiymətinin yenidən bahalaşacağı haqqında fikirlər səslənir. Müstəqil ekspert Natiq Cəfərli hesab edir ki, bu ehtimallar əsassız deyil.
"Elit markalı benzin qiymətlərinin bahalaşması digər növ məhsulların qiymətinin bahalaşmasına bir növ psixoloji hazırlıqdır. Premium və Super Premium markalı benzinlərin tariflərini dövlət tənzimləmir, məntiqi olaraq onlar bazar tərəfindən tənzimlənməlidir, ölkəmizdə bu bazarda oyunçu yoxdur. Onları ARDNŞ-yə məxsus 1-2 şirkət tədarük edir. Qiyməti də onlar müəyyən edir. Mahiyyətcə, ticarət sahəsində və aqrar sahədə bu benzinlə işləyən nəqliyyat vasitəsi yoxdur, buna görə istehlak bazarında nəzərəçarpan dəyişikliklər olmamalıdır, baxmayaraq ki, Azərbaycanda proseslər iqtisadi qanunların əksinə gedir", - deyə Cəfərli qeyd edir.
Ekspertin fikrincə, brend markalı yanacağın qiymətində hazırki artış bazarda psixoloji gərginlik yaradır, tarifləri dövlət tərəfindən müəyyən olunan digər markalı benzinlərin bahalaşması gözləntilərini artırır. Ai-92 benzininin və digər markaların da bahalaşacağı tamamilə mümkündür. Çünki dünya təcrübəsində Ai-95 benzini, dizel yanacağı və Ai-92 arasında böyük fərq yoxdur. Hazırda Azərbaycanda Ai-95 1,50 manat, dizel yanacağı isə 0,6 manatdır. Dünyanın heç bir ölkəsində qiymətlərdə bu qədər kəskin fərq yoxdur. Premium sinfi benzinin qiymətinin bahalaşmasının bu istiqamətdə aksiyaların davam etdirilməsi üçün psixoloji hazırlıq olması ehtimalı var. Ai-92 benzininin, dizel yanacağının, onların ardınca qazın, istilik enerjisinin, suyun, ərzağın, məişət texnikasının bahalaşması ehtimalı var. Bu gözləntilər çoxdan mövcuddur.
"Ola bilər ki, payızın sonunda dizel yanacağı bahalaşsın. Niyə bu vaxtı? Çünki ölkədə aqrar mövsüm başa çatacaq, dizeldən isə bu sahədə istifadə olunur. Yanacaq tariflərinin dəyişməsi haqqında qərar qəbul etmək olacaq", - deyə Cəfərli fikrini tamamlayıb.
Yeri gəlmişkən, bu mövzuda sosial şəbəkələrdə fəal müzakirələr gedir. Məsələn, Raby Rabinovich nikli istifadəçi yazır:
Ai-92-ni də yaxın günlərdə bahalaşdıracaqlar... Sonra dizel yanacağını... Sonra qaza keçməyə başlayacaqlar... Sizin ucuz yanacağınız olmamalıdır, yəqin layiq deyilsiniz. Aydın səbəbi yoxdur, amma öz dəstəmizi əsas kütlənin hesabına ört-basdır etmək istəyirik".
Ramiz Babayev mövzunu davam etdirir:
"Hökumət millətin sağlamlığının qeydinə qalır, benzin qiyməti nə qədər baha olsa, insanlar o qədər çox piyada gedəcəklər və ya velosipedə minəcəklər. Hələ dizeli də, 92-ni də bahalaşdırmaq lazımdır, həm də necə lazımdır. Onda şəhər daha təmiz olacaq, tıxac da olmayacaq, sadə insanlar metro və ya avtobusa minəcək, sadə olmayanlar isə rahat hərəkət edəcəklər, əla"...
Bir sözlə, xalq yeni qiymətlərə hazırlaşır.(Turan)
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:11
İrana qarşı sanksiya siyahısı genişləndirilib
Dünən, 18:35
Rusiyada sosial iğtişaşlar başlaya bilər
Dünən, 13:07
Yeni dövlət rüsumu müəyyənləşir
22-04-2024, 19:38
Dünyada ən hündür turbini Almaniya tikəcək
22-04-2024, 10:53
“AzerGold” qızıl və gümüş hasilatını artırıb - Foto
22-04-2024, 09:06
Şolts: “Qazıntı yanacağı dövrü başa çatır”
21-04-2024, 18:00
Birlik sədri: “Yumurtanın qiyməti yenidən qalxacaq”
19-04-2024, 18:06
Yaponiya süni intellektin inkişafına 475 milyon dollar ayırıb
19-04-2024, 13:08
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşı artırılır
19-04-2024, 12:56
Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib
19-04-2024, 12:49
Naxçıvanda 15 yoxlama materialı Baş Prokurorluğa və DTX-yə göndərilib
19-04-2024, 10:48
S&P İsrailin kredit reytinqini aşağı salıb
19-04-2024, 10:39
Bitcoin ucuzlaşıb
18-04-2024, 17:40
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
18-04-2024, 15:52
Daha iki bankın əmlakları hərraca çıxarılıb
18-04-2024, 12:10
Energetika naziri ABŞ-a gedib
18-04-2024, 09:45
Yeni model avtomobil həvəskarlarını heyran edir - Fotolar
18-04-2024, 09:00
Kolumbiya da BRİCS-ə maraq göstərir
17-04-2024, 13:16
Şirvan kanalı 230 min hektar əkin sahəsini əhatə edəcək
17-04-2024, 12:07
Deputat cərimələrin artırılmasını tələb edir
17-04-2024, 09:02
Naxçıvanda dövlət orqanlarında yoxlamalar başlayıb
16-04-2024, 18:02
Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib
16-04-2024, 15:20
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb
16-04-2024, 10:26
60 min tondan çox təhlükəli tullantı zərərsizləşdirilib
15-04-2024, 18:01
Akademiyada Novruz bayramı aprel ayında keçirilir - 14 minlik şübhəli tender gündəmə çevrilib
15-04-2024, 17:53
Ən çox şikayət edilən bankların adları bəlli olub - Siyahı
15-04-2024, 17:47
Məşhur şirkət Rusiyadakı aktivlərini satıb
15-04-2024, 16:52
Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib
15-04-2024, 16:34
Aqrar sığorta sahəsində hesabatlılıq pozulub
15-04-2024, 14:58
DSMF-də 6,5 milyon manatdan çox vəsait mənimsənilib
15-04-2024, 11:37
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
14-04-2024, 23:11
Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb
12-04-2024, 21:33
Dünyanın ən böyük hava limanı tikiləcək - Foto
10-04-2024, 12:43
Yeni şəhər inşa olunur - Foto
9-04-2024, 14:07
Deputatın şirkəti Milli Onkologiya Mərkəzinin 5.2 milyonluq daha bir tenderini "qapazlayıb"
9-04-2024, 09:34
İqtisadi Şuranın növbəti iclası keçirilib - Foto
8-04-2024, 15:52
Bakı Metropolitenində yoxlama aparılacaq
8-04-2024, 14:53
ABŞ Çin banklarını sanksiyalarla hədələyir
8-04-2024, 13:17
Əksər ölkələrdə ərzaq inflyasiyası davam edir
8-04-2024, 11:10
11530 məcburi köçkünün vahid aylıq müavinəti dayandırılıb
6-04-2024, 18:00
Ən çox şikayət edilən sığorta şirkətlərinin adı bəlli olub - Cədvəl
6-04-2024, 11:13
Siqaret idxalı sahəsində yeni tələb qoyulub
5-04-2024, 15:41
Əli Əsədov ezamiyyə xərcləri ilə bağlı qərar imzalayıb
5-04-2024, 13:58
DTX-nin xaricdəki nümayəndələri vergidən azad olunacaq
5-04-2024, 13:40
Dərmanlar üçün ƏDV-nin ləğvi təklif olunur
5-04-2024, 13:15
Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlar təsdiqini tapmır