17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulanlar artır
Tarix: 11-09-2018 17:56 | Bölmə: İqtisadiyyat
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulanlar artır

Rumınyanın dəmir yolu sahəsində ən böyük özəl yük və logistika operatoru "Grampet Group" Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.

Məlumata görə, bu, marşrutun iştirakçısı olan ilk Avropa şirkətidir.

Şirkətin prezidenti Gruia Stoica bildirib ki, rəhbərlik etdiyi şirkət 20 il bundan əvvəl Şimal dənizi ilə Şərqi Çin dənizi arasında dəmir yolu əlaqəsi yaradıb: "O vaxt kiçik bir şirkət idik. Bu gün isə Avropanın sənaye liderlərindən biriyik. "Grampet Group", təxminən, 20 min vaqonu və 400 lokomotivi olan parkı idarə edir".

Şirkət rəhbəri qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Rumınyanın və qonşu ölkələrin intermodal hərəkətini inkişaf etdirəcək: “Bu, Rumıniyanı Avropa və Asiya üçün logistika platformasına çevirə bilər və 100 minə yaxın yeni iş yerinin yaradılması, dövlət büdcəsinə 1 mlrd. avrodan artıq vəsaitin daxil olması deməkdir".

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin uzunluğu 9 500 km-dir. Bunun 860 km-i Rumıniya ərazisindən keçir. Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yük daşımaları ilə məşğul olan müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra ona Ukrayna, Rumıniya və Polşanın da aidiyyəti qurumları qoşulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}