12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
Bəzi elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq
Tarix: 12-09-2018 10:49 | Bölmə: İqtisadiyyat
Bəzi elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq

Energetika Nazirliyində nazir Pərviz Şahbazovun rəhbərliyi ilə “Azərbaycan Respublikasında elektrik enerjisinin istehsalı və istehlakı: retrospektiv baxış, təhlillər, proqnozlar, təkliflər” mövzusunda hazırlanmış hesabatın təqdimatı keçirilib.

Nazirlikdən verilən məlumata görə, məqsəd ölkədə 2030-cu ilədək elektrik enerjisinə tələbatın müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsidir.

Hesabata elektrik enerjisinə ölkədaxili tələbatın proqnozlaşdırılması üçün beynəlxalq qurumların, eləcə də yerli mütəxəssislərin qiymətləndirmələri daxil edilib, eləcə də respublikada mövcud istilik, su və modul tipli elektrik stansiyalarının elektrik enerjisinin istehsalında payı, texniki vəziyyəti, səmərəlilik səviyyəsi, əlavə güc həddi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və potensial imkanlar təhlil olunub.

Bəzi elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq
Pərviz Şahbazov

Tədbirdə elektrik stansiyalarında modernləşdirmə tədbirlərinin aparılması, istismar müddəti başa çatmış stansiyaların isə 2030-cu ilədək fəaliyyətinin dayandırılması, yeni generasiya güclərinin yaradılması, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə ilkin prioritetlər nəzərdən keçirilib. Qeyd olunub ki, stansiyaların istismarında səmərəliliyin artırılması, texniki təchizatın yenilənməsi, əlavə stansiyaların tikilməsi məqsədilə bu sahəyə maraqlı olan şirkətlərin, özəl sektorun cəlb edilməsi vacibdir.

Həmçinin ikiyanacaqlı elektrik stansiyalarının tikintisi, yeni texnologiyaların tətbiqi, generasiya güclərinin paylanması üzrə geoməkanın təhlilinin aparılması, elektrik xətlərinin keçəcəyi tranzit yollarının düzgün seçilməsi, Abşeron yarımadası və ya onun ətraf ərazilərində 1000 MVt-lıq 1 və ya 2 stansiyanın tikilməsi, mövcud blokların bərpası və istifadəyə verilməsi, eyni zamanda metropolitendə təhlukəsiz fəaliyyətin təmin edilməsi məqsədilə əlavə ehtiyat mənbələrinin seçilməsi ilə bağlı təkliflərə baxılması tövsiyə olunub.

İclasda hesabatın aidiyyəti qurumların nümayəndələri ilə birgə işçi qrupu səviyyəsində yekun olaraq nəzərdən keçirilməsi qərara alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər