Avtobus sürücüsünün narkoman olduğu üzə çıxıb - Müayinə
Tarix: 02-10-2018 09:49 | Bölmə: Xəbərlər
Avtobus sürücüsünün narkoman olduğu üzə çıxıb

Dünən Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev ilə bağlı bəzi detallar məlum olub.

Məlumata görə, həmin sürücü bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təsdiqləyib.

Dünən baş verən qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğu üzə çıxıb.

Vaqif Əsədov onu da bildirib ki, həmin avtobusun məxsus olduğu "Ayşən" MMC-nin rəhbərliyinə BŞDYPİ tərəfindən dəfələrlə xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Lakin bu istiqamətdə heç bir dəyişiklik olmayıb.

Şöbə rəisi hadisə nəticəsində 35 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, bir nəfər 13 yaşlı məktəblinin isə həyatını itirdiyini qeyd edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Sürücülərə, marşrutların fəaliyyətinə cavabdeh olan Bakı Nəqliyyat Agentliyi isə bu sahədəki çoxsaylı göz yumur.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}