15:43 / 21-10-2018
Sabah yağış yağacaq
Yeni evlənən kişi intihar edib - Səbəb
Tarix: 03-10-2018 20:47 | Bölmə: Xəbər lenti
Yeni evlənən kişi intihar edib

Hindistanın Tamiland ştatının sakini toyundan dərhal sonra evdə sanitariya qovşağını olmaması səbəbindən özünü öldürüb.

Reyting.az
xəbər verir ki, 26 yaşlı Selladuray gələcək həyat yoldaşı ilə işdə tanış olub.

O, toydan sonra ərinin yanına gəlib və evində tualet olmadığını görüb. Qadın ehtiyacını ödəmək üçün küçəyə getməsi ilə barışmayıb və ərini tərk edərək gedib.

Selladura növbəti gün işdən qayıtmayıb. Onun meyiti qonşu şəhərdəki quyunun dibində aşkar edilib. Kişi intihardan əvvəl yazdığı məktubunda ailəsindən üzr istəyib və ölümünə görə həyat yoldaşının günahlandırılmamasını istəyib.

Hindistan əhalisinin 60 faizindən çoxunun tualetə getmək imkanı yoxdur və ehtiyaclarını küçədə həll etməyə məcburdurlar. Pis sanitar şərait səbəbindən ishal asılılığına görə ölkədə hər il 140 min uşaq ölür.




Bölməyə aid digər xəbərlər