Qaynı kürəkənini yandırdı
Tarix: 04-10-2018 14:54 | Bölmə: Xəbərlər
Qaynı kürəkənini yandırdı

Tovuzda dəhşətli hadisə baş verib.

Reyting.az
Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

37 yaşlı Elbruz Ələkbərovun üstünə benzin tökərək od vurublar.

Hadisə nəticəsində E.Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni E.Ələkbərovun qaynı Vüqar Ələkbərov törədib.

Oktyabrın 4-də gecə saat 1 radələrində V.Ələkbərov E. Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində V.Ələkbərov özü ilə gətirdiyi benzini E.Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

E.Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən V.Ələkbərovun saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}