Kişi və 12 yaşlı qız öldürdükləri adamın ətini yeyiblər
Tarix: 04-10-2018 20:28 | Bölmə: Xəbərlər
Kişi və 12 yaşlı qız öldürdükləri adamın ətini yeyiblər

Leninqrad vilayətində 22 yaşlı kişi və 12 yaşlı qız saxlanılıb.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, onlar amansızlıqla qətl törətməkdə şübhəli bilinirlər.

İlkin məlumata görə, kişi və qız Peterburqda kafedə tanış olublar. Onlar sonradan bir neçə gün Leninqard vilayəti, Kirov rayonunun Novinka qəsəbəsində 21 yaşlı cavan adamın evində qonaq qalıblar.

Oktyabrın 2-3-ü aralığında ev sahibi və onun qonaqları arasında münaqişə olub, nəticədə şübhəlilər zərərçəkəni bıçaqlayıblar. Kişi sonradan ölənin bədənini bir neçə yerə parçalayıb və bu prosesdə qız da iştirak edib.

Saxlanılanların öldürdükləri şəxsin bədəninin bəzi hissələrini yemələri haqda da məlumat var. Bu fakt araşdırılır.

Bəzi məlumatlara görə, qız bir müddət əvvəl Soçidə yoxa çıxıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}