11:18 / 10-12-2018
Lerikdə zəlzələ olub
17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Prokurorluq klinikadakı ölüm hadisəsini araşdırır
Tarix: 05-10-2018 09:59 | Bölmə: Xəbər lenti
Prokurorluq klinikadakı ölüm hadisəsini araşdırır

Bakıda fəaliyyət göstərən "Elmed" Klinikasında ölüm hadisəsi baş verib.

Reyting.az
"Trend"ə istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə "Elmed" Klinikasına daxil olub və əməliyyata götürülüb.

H. Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
2-12-2018, 13:38 Sabahın hava proqnozu