15:43 / 21-10-2018
Sabah yağış yağacaq
Azıx mağarası ilə bağlı qətnamə qəbul olunub
Tarix: 06-10-2018 10:11 | Bölmə: Xəbər lenti
Azıx mağarası ilə bağlı qətnamə qəbul olunub

Azıxantropun aşkar edilməsinin 50 illiyinə həsr olunan konfrans öz işini başa vurub.

Reyting.az
xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun məlumatına görə, “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları Mingəçevir şəhəri yaxınlığında yerləşən Qaraca paleolit düşərgəsinə arxeoloji səfər ediblər.

Qonaqlar abidədə milyon il əvvələ aid qədim insanlar tərəfindən hazırlanan çoxsaylı daş alətlərə və daşlaşmış ağac qalıqlarına baxış keçiriblər.

Sonra REA MMTİ-nin Eksperimental laboratoriya şöbəsinin baş elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Yevgeni Girya qədim insanlar tərəfindən daş alətlərin hazılanma üsulunu nümayiş etdirən eksperiment keçirib.

Daha sonra iştirakçılara konfransın yekun qətnamə layihəsi oxunub.

Yekdilliklə qəbul olunmuş qətnamədə konfrans nümayəndələri Qafqazın əsas erkən paleolit abidələrindən biri kimi Azıx mağara düşərgəsinin böyük elmi önəmini yekdilliklə bildirib, son illərdə Azərbaycanda aparılan arxeoloji tədqiqatların səviyyəsini yüksək dəyərləndiriblər.

Qeyd edək ki, oktyabrın 5-də işini yekunlaşdıran konfransın təşkilatçıları AMEA Rəyasət Heyəti, Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasıdır.(Mənbə: Trend)




Bölməyə aid digər xəbərlər