10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Çaylarda suyun səviyyəsi dəyişib
Tarix: 07-10-2018 09:17 | Bölmə: Xəbərlər
Çaylarda suyun səviyyəsi dəyişib

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Məlumatda bildirilir ki, hazırda tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 05-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 140 m3/s olmaqla ongünlük normanın 86 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 120 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 75 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 93 m3/s təşkil edərək ongünlük normanın 97 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 05-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 8, Salyanda 14, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 329 sm (2017-ci il oktyabrın 05-də 426 sm), Şirvanda 195 sm (2017-ci il oktyabrın 05-də 295 sm), Salyanda 147 sm (2017-ci il oktyabrın 05-də 250 sm), Bankədə 175 sm (2017-ci il oktyabrın 05-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 38 sm (2017-ci il oktyabrın 05-də 100 sm) təşkil edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}