Gənc qız özünü su kanalına atıb intihar etdi
Tarix: 07-10-2018 17:53 | Bölmə: Xəbərlər
Gənc qız özünü su kanalına atıb intihar etdi

Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə, Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi Məhərrəmli kəndi ərazisindən keçən hissəsində, suyun üzərində 1 qadın cəsədinin görülməsi barədə məlumat daxil olub.

Reyting.az nazirliyin saytına istinadən bildirir ki, məlumat alındıqdan dərhal sonra, xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib.

Saat 14:58-də intihar məqsədi ilə özünü kanala atmış Zərdab rayonu, Şahüseynli kənd sakini, 19 yaşlı Mətanət Həsənovanın cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}