Avtobus qəzasında 50 nəfər öldü - Fotolar
Tarix: 10-10-2018 12:11 | Bölmə: Xəbərlər
Avtobus qəzasında 50 nəfər öldü

Afrika ölkəsi Keniyada, paytaxt Nayrobidən Kisumuya gedən avtobusun törətdiyi qəzada ən azı 50 insan həyatını itirib.

Reyting.az bildirir ki, beynəlxalq xəbər agentliyi “Reuters”ın son dəqiqə xəbərinə görə, qəzada çox sayda sərnişin hadisə yerində dünyasını dəyişib, qurbanlar arasında uşaqlar da var.

Səhər saatlarında ölü sayının 42 olduğu bildirilmişdi.

Afrika ölkəsi Keniya təhlükəli yolları ilə məşhurdur. Ötən ilin dekabr ayında bir yük maşını ilə avtobusun toqquşmasında 36 nəfər ölmüşdü.

Avtobus qəzasında 50 nəfər öldü
Avtobus qəzasında 50 nəfər öldü
Avtobus qəzasında 50 nəfər öldü

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}