17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakı məktəbində şagirdlər zəhərləndi - Səbəb
Tarix: 10-10-2018 12:39 | Bölmə: Xəbərlər
Bakı məktəbində şagirdlər zəhərləndi

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərlənib.

Reyting.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "report"a açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar məktəbə Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib və 9 şagird Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib: "Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri sabitdir".

76 nömrəli tam orta məktəbdən verilən məlumatda isə bildirilib ki, oktyabrın 10-da saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb: "Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib".

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}