Lotu Quli Türkiyədən deportasiya olunacaq
Tarix: 12-10-2018 23:49 | Bölmə: Xəbərlər
Lotu Quli Türkiyədən deportasiya olunacaq

Oktyabrın 8-də İstanbulda saxlanılmış Lotu Quli ləqəbi ilə tanınmış kriminal avtoritet Nadir Səlifov növbəti gün Miqrasiya Xidmətinə göndərilib.

Reyting.az
[b][/b]-ın xəbərinə görə, İstanbuldakı mənbələrdən Turan-a bildiriblər ki, Səlifov deportasiyaya hazırlaşır. Bəzi məlumatlara görə, bir il əvvəl o, Rusiya pasportu ilə Türkiyəyə gəlib, buna görə onun bu ölkəyə göndərilməsi mümkündür. Amma ilkin olaraq İstanbul polisindəki mənbələr sənədlər hazırlandıqdan sonra Səlifovun Azərbaycana göndəriləcəyini bildirmişdilər.

Xatırladaq ki, Gürcüstan sakini, etnik azərbaycanlı Səlifov Azərbaycan və bütünlükdə MDB ölkələrinin kriminal dünyasının lideri hesab olunur.

Rusiya tərəfi onu bu ölkə ərazisində zorla pul tələb etməkdə və banditlikdə ittiham edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}