YAP üzvü ölkə rəhbərindən kömək istəyir - Müraciət
Tarix: 15-10-2018 00:20 | Bölmə: Xəbər lenti
YAP üzvü ölkə rəhbərindən kömək istəyir

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova kücəsi 157, mənzil 17 unvanında yaşayan Zahir Tahir oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş nazir Novruz Məmmədova, Milli Məclisin sədri Oqtay Əsədova, Təhsil naziri Ceyhun Bayramova və deputatlara müraciət edib.

1997-ci ildən Yeni Azərabyacan Partiyasının (YAP) üzvü olan, özünü Prezident İlham Əliyevin sadiq əsgəri sayan Zahir Məmmədov ali təhsilli hüquqşünas olsa da, ixtisasına uyğun iş tapmadığından özəl sektorda 450 manat aylıq maaşa mühafizəçi işləyir.

Z. Məmmədov Reyting.az vasitəsi ilə etdiyi müraciətində yazır ki, 2018-2019-cu tədris ilində Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edən oğlu 403 balla Baki Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olunub. Lakin təhsilin ödənişli olması Məmmədovlar ailəsini çətinliklə üzləşdirib. Ailənin illik 1800 manat təhsil haqqını ödəmək imkanı yoxdur.

Z. Məmmədov ölkənin rəhbər şəxslərinə müraciətində yazır ki, aldığı 450 manat ailəsinin kommunal xərclərini və gündəlik ərzaq tələbatını güclə ödəyir. Başqa gəlir yeri olmayan ailə başçısı bu səbəbdən oğlunun təhsil haqqını ödəməkdə ciddi problemlə üzləşib.

Z. Məmmədov müraciət etdiyi şəxslərdən xahiş edir ki, ailəsinin maddi vəziyyətini nəzərə alıb oğlunun təhsil haqqında onlara müəyyən güzəştlər olunsun.

Onu da qeyd edək ki, Z. Məmmədov müraciətinə əlaqə nömrəsini (Mob.tel: 055-935-80-54) də əlavə edib.




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu