Əməkdar jurnalist dünyasını dəyişib
Tarix: 15-10-2018 00:41 | Bölmə: Xəbər lenti
Əməkdar jurnalist dünyasını dəyişib

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, tanınmış yazıçı Yusif Kərimov vəfat edib.

Bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə məlumat verib.

Mərhumun cənazəsi oktyabrın 15-də, saat 14.00-da Universitet məscidinin yaxınlığından, Mirəli Seyidov küçəsi-1 ünvanından götürüləcək. Dəfn mərasimi Xırdalan qəbristanlığında olacaq.

Yusif Kərimov 1940-cı il mayın 5-də Bərdə şəhərində anadan olub. Burada 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsində təhsil alıb (1957-1962). Beyləqan rayonunda "Yüksəliş" adlı rayonlararası qəzetin redaksiyasında məsul katib (1962-1964), "Bakı" axşam qəzeti redaksiyasında şöbə müdiri (1964-1973), Azərbaycan televiziyasının gənclər üçün proqram Baş redaksiyasında şöbə müdiri, baş redaktor (1973-1978) işləyib.

Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib (1978-1980). "Azərbaycan gəncləri" qəzetinin redaktoru olub (1981-1995). Mərkəzi seçki komissiyasının mətbuat katibi (1995-1997), Azərbaycan Respublikası Ticarət Nazirliyi Mətbuat Xidmətinin rəhbəri (1997-2001) işləyib.

Son illər Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri idi.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu