Bakıda özünü yandıran kişi ölüb - Səbəb
Tarix: 15-10-2018 13:27 | Bölmə: Xəbər lenti
Bakıda özünü yandıran kişi ölüb

Bir neçə gün əvvəl özünü yandıran Bakı şəhər sakini, 57 yaşlı Aleksandr Kononov xəstəxanada ölüb.

Reyting.az bildirir ki, Kononov bir neçə gün əvvəl təqaüdə çıxa bilmədiyi üçün Xətai rayonunda yerləşən parkda üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində yanğın söndürülüb və o dərhal xəstəxanaya aparılıb.

Məlumata görə, Aleksandr Kononov təqaüdə çıxa bilməməsinə etiraz edərək özünü yandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu