Yəhudi icması rəhbərinin ofisi partladıldı
Tarix: 15-10-2018 16:08 | Bölmə: Xəbər lenti
Yəhudi icması rəhbərinin ofisi partladıldı

Kazanda tanınmış biznesmen, yəhudi icmasının rəhbəri Mixail Skoblionkanın həyatına sui-qəsdlə bağlı cinayət işi qaldırılıb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, oktyabrın 15-də səhər onun ofisində partlayış baş verib.

Biznesmen həmin vaxt işdə olub, yanıq xəsarətləri alıb və gözü zədələnib.

Məlumata görə, patlayıcı qurğu biznesmenə göndərilən bağlamada olub. Bağlamanı açmağa cəhd ediləndə partlayış baş verib.

Hadisə zamanı iş adamının köməkçisi də xəsarət alıb. Onların hər ikisi oftalmologiya xəstəxanasına yerləşdirilib.

İstintaq ehtimal edir ki, sui-qəsdə səbəb Mixail Skoblionkanın kommersiya fəaliyyəti ola bilər.

Onun Kazanda tanınmış və böyük biznesmen olduğu bildirilir. “Reqina” mehmanxanalar şəbəkəsi də ona məxsusdur. O, respublikada həm də yəhudi milli-mədəni icmasının rəhbəri kimi məşhurdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
13-11-2018, 12:06 Sabahın hava proqnozu