12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Müdir və sədr işdən kənarlaşdırılıb - Təyinat
Tarix: 15-10-2018 17:47 | Bölmə: Xəbər lenti
Müdir və sədr işdən kənarlaşdırılıb

Kənd təsərrüfatı naziri İnam Kərimov sabiq nazir Heydər Əsədovun daha bir kadrını vəzifəsindən azad edib.

Reyting.az
unikal.org-a istinadla xəbər verir ki, İ. Kərimov Nazirliyin İnvestisiya şöbəsinin müdiri Ramiz İlyas oğlu Rzayevi işdən çıxarıb. İ. Kərimovun müvafiq əmri ilə həmin vəzifəyə Pərviz Məmmədov təyin edilib.

Reyting.az-ın məlumatına görə, digər kadr dəyişikliyi Gəncə şəhərində olub.

"Report" xəbər verir ki, Gəncə "Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin sədri Ağahüseyn Məmmədov vəzifəsindən azad edilib.

Xatırladaq ki, o, ötən ilin iyul ayında vəzifəyə təyin edilmişdi.

Bu vəzifəyə Natiq Əhmədov təyin edilib. N. Əhmədov bundan əvvəl idarənin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi də işdən çaxıralmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:06 Sabahın hava proqnozu