12:06 / 13-11-2018
Sabahın hava proqnozu
Deputat: “Orta məktəb dərsliklərində erotika var”
Tarix: 16-10-2018 14:08 | Bölmə: Xəbər lenti
Deputat: “Orta məktəb dərsliklərində erotika var”

“Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”.

Reyting.az
-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır:

Deputat: “Orta məktəb dərsliklərində erotika var”

“İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar”.

Deputat 3-cü sinif dərsliyində erotikanın olduğunu da qeyd edib: “Amma buna baxan yoxdur. Bundan başqa, dərsliklərdə ləhcə ilə yazılır. Sonra da deyirlər ki, insanlar niyə rusdilli məktəbə meyllənirlər? Çünki rusdilli məktəblərdə belə hallar yoxdur, orada düz-əməlli dərs keçirlər”.(Modern.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:06 Sabahın hava proqnozu